ACF-in vitse-prezidenti: "Artıq yarışlara qalib ölkə kimi gedirik"

ACF-in vitse-prezidenti: "Artıq yarışlara qalib ölkə kimi gedirik" "Biz artıq yarışlara qalib ölkə kimi gedirik. Bu, idmançılar üçün böyük motivasiya və stimuldur".
Fərdi
15 Sentyabr , 2022 14:19
ACF-in vitse-prezidenti: Artıq yarışlara qalib ölkə kimi gedirik
Elnur Məmmədli

"Biz artıq yarışlara qalib ölkə kimi gedirik. Bu, idmançılar üçün böyük motivasiya və stimuldur".

Bunu "Report"a müsahibəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Çexiyanın Praqa şəhərindəki gənclərin Avropa çempionatının Azərbaycan - Ermənistan sərhəddində hərbi əməliyyatların olduğu vaxta təsadüf etməsinə münasibət bildirərkən deyib.

ACF rəsmisi 44 günlük Vətən müharibəsinin ardından cüdoçuların parlaq qələbədən sonra böyük motivasiya alaraq yarışlarda rahat, sərbəst çıxış etdiyini söyləyib. "Bütün dünya Azərbaycan Ordusunun, xalqının, əsgərinin nəyə qadir olduğunu gördü".

Məmmədli Praqada Azərbaycan nümayəndə heyətinə münasibətin yüksək səviyyədə olduğunu vurğulayıb: "Çünki biz də onlara gözəl münasibət göstəririk. Ölkəmizdə Böyük Dəbilqə turniri təşkil olunur, yaxşı və nailiyyətli idmançılarımız var. Həmişə ön sıralarda gedən ölkələrdənik. Bugünkü nəticələrin yaxşı olacağını gözləyirik. 60 kq-dakı Turan Bayramov və Nizami İmranovdan gözləntilərimiz çoxdur. Nizami yeniyetmələrdən gənclərə təzə keçib. Onda böyük potensial gördüyümüz üçün Avropa çempionatına gətirdik. Turan Bayramov isə artıq burada medal qazanmağa ən böyük favoritlərdən biridir".

Elnur Məmmədlinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi