58 yaşlı olimpiya mükafatçısı: “Təəssüf ki, bu vaxta kimi Bakıda olmamışdım”

58 yaşlı olimpiya mükafatçısı: “Təəssüf ki, bu vaxta kimi Bakıda olmamışdım” “Təəssüf ki, bu vaxta kimi Bakıda olmamışdım. Nəhayət, bu il gələ bildim”.
Fərdi
21 Avqust , 2023 18:31
58 yaşlı olimpiya mükafatçısı: “Təəssüf ki, bu vaxta kimi Bakıda olmamışdım”

“Təəssüf ki, bu vaxta kimi Bakıda olmamışdım. Nəhayət, bu il gələ bildim”.

Bunu “Report”a müsahibəsində Bakıda təşkil olunan atıcılıq üzrə 53-cü dünya çempionatına qatılan Peru Atıcılıq Federasiyasının prezidenti, Beynəlxalq Atıcılıq İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, eyni zamanda, stend atıcısı Fransisko Bozo deyib.

İlk dəfə 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarına qatılan, 1984-cü ildə Los-Anceles olimpiadasında gümüş medal qazanan 58 yaşlı atlet Azərbaycan barədə xoş fikirlər səsləndirib.

Səkkiz dəfə olimpiadanın iştirakçısı olmuş F.Bozo burada insanların qonaqpərvər olduqlarını bildirib: “Həyatım boyu bir çox ölkədə olmuşam. Amma möhtəşəm ölkənizə ilk dəfədir gəlirəm. Hazırda əyləşdiyimiz Bakı Atıcılıq Mərkəzi mükəmməldir. Şəhəri gəzmək imkanım da oldu. Bakı çox gözəl və müasir şəhərdir. Ölkəniz varlıdır, zəngin mədəniyyətinizə də söz ola bilməz. İnsanlarınızın qonaqpərvər olduqlarını xüsusilə qeyd etməliyəm. Qonaqlara hər məsələdə kömək etməyə çalışırlar. Taksi sürücüləri olsun, hotelin işçiləri, könüllülər...”

Fransisko Bozonun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi