Xaçmazın daha bir yaşayış məntəqəsinə təbii qaz verilib

Xaçmazın daha bir yaşayış məntəqəsinə təbii qaz verilib Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Xaçmaz rayonunun Hacıəlibəy kəndinə təbii qaz verilib.
Energetika
24 Dekabr , 2018 17:36
Xaçmazın daha bir yaşayış məntəqəsinə təbii qaz verilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Xaçmaz rayonunun Hacıəlibəy kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 473 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21 736 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, hər bir evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Son xəbərlər

Orphus sistemi