Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyədə tikintisi davam etdirilən "Star" neft emalı zavodu üçün fəaliyyət göstərəcək dəniz limanının inşasına start verilib. Layihə çərçivəsində emal zavodunun dəniz estakadalarının tikinti işləri 2017-ci ilin may ayında tamamlanacaq. "Report" xəbər verir ki, bununla bağlı məlumatı "
K.Yavuzun sözlərinə görə, zavodun inşası sürətlə davam edir: "Layihəmizə başladığımız gündən bu vaxta qədər 2 mlrd. dollar xərcləmişik. İstehsalata başlamağımıza 30 ay qalıb. Emal zavodunun böyük sayda Türkiyə şirkətləri və yerli işçi qüvvəsi tərəfindən inşa edilməsi bizə qürur verir".
Şirkət rəhbəri emal zavodunun tikintisində çalışan insanların sayının da artdığını deyib: "Zavodun tikintisində çalışanların sayı yaxın vaxtlarda 10 minə çatacaq. Biz Türkiyənin ən peşəkar komandasını yaratdıq".