TAP ilə Azərbaycandan İtaliyaya qaz tədarükü sifarişləri 12 % azalıb
- 15 yanvar, 2024
- 08:11
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün bu ilin yanvarın 15-də 281 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edib.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, yanvarın 8-nə olan qazın tədarükü göstəricisi ilə müqayisədə 11,9 % azdır.
Yanvarın 16-dan 21-dək isə İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün sifariş həcmi 281 milyon 299 min 147 kVt/saat həcmində olub ki, bu da yanvarın 9-dan 14-dək olan sifariş həcmi ilə eynidir.
Yunanıstanın Kipoi çıxış nöqtəsindən yanvarın 15-də qaz tədarükü üçün 343 milyon 013 min 291 kVt/saat həcmində sifariş alınıb. Bu da ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 9,7 % azdır.
Kipoi çıxış nöqtəsindən yanvarın 16-dan 21-dək qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da yanvarın 9-dan 14-dək olan sifariş həcmi ilə eynidir.
Yunanıstanın Komotini çıxış nöqtəsindən yanvarın 15-dən 21-nədək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də yanvarın 15-dən 21-nədək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.