STAR NEZ Türkiyədə neft koksu istehsalını 14 %-dən çox artırıb

Energetika
  • 28 aprel, 2025
  • 19:19
STAR NEZ Türkiyədə neft koksu istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 141 min 236 tondan çox neft koksu istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.

Bildirilir ki, bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 17 min 514 ton və ya 14,2 % çoxdur.

Bu ilin fevral ayında STAR NEZ 69 min 670 ton neft koksu istehsal edib ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 11 min 710 ton və ya 20,2 % çoxdur.

Ümumilikdə, bu ilin yanvar-fevral aylarında Türkiyədə neft emalı zavodları tərəfindən 301 min 380 tondan çox neft koksu istehsal edilib ki, bu da 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 36 min 167 ton və ya 13,6 % çoxdur. Fevral ayında isə 149 min 626 tondan çox neft koksu istehsal edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 11 min 041 ton və ya 7,97 % çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

Son xəbərlər

Bütün Xəbər Lenti