SOCAR Ukraynaya 10 min tondan çox “Rosneft”in dizel yanacağını çatdırıb

SOCAR Ukraynaya 10 min tondan çox “Rosneft”in dizel yanacağını çatdırıb 2021-ci ilin mayında Ukraynaya ümumilikdə dizel yanacağının idxalı 475,2 min ton təşkil edib. Bu. 2020-ci ilin may ayı ilə müqayisədə 17 % azdır
Energetika
7 İyun , 2021 15:35
SOCAR Ukraynaya 10 min tondan çox “Rosneft”in dizel yanacağını çatdırıb

Rusiyanın “Rosneft” şirkətinin istehsalı olan neft məhsullarının Ukraynaya tədarük edilməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Rosneft” şirkətinin birgə təsis etdikləri “SOCAR New Energy” şirkəti tərəfindən may ayında bu ölkəyə 10,2 min ton dizel yanacağı tədarük edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında deyilir.

Məlumata görə, bundan öncə bildirilib ki, may ayının sonuncu dekadasında SOCAR 3 min ton “Bel Petrol Treydinq” şirkətinin ünvanına, 2,8 min tonu isə “Libro Treydinq” şirkətinə dizel yanacağı çatdırıb. Son alıcılar arasında “BS Oil (Unimex) və “BRSM-Nafta” şirkətləri də olub. Belə ki, müştərək şirkət “BS Oil” üçün 2,5 min ton, “BRSM-Nafta” üçün isə 1,6 min ton dizel yanacağı tədarük edilib.

Qeyd edək ki, Rusiyadan Ukraynaya dizel yanacağının tədarükü 115 min və ya 2,3 dəfə azalıb. Bu həcmlərin 103,8 min tonu dəmir yolu vasitəsilə tədarük edilib ki, bu da 2020-ci ilin may ayının göstəricisi ilə müqayisədə 38% çoxdur.

2021-ci ilin mayında Ukraynaya ümumilikdə dizel yanacağının idxalı 475,2 min ton təşkil edib. Bu. 2020-ci ilin may ayı ilə müqayisədə 17% azdır.

Ötən ay Belarusdan Ukraynaya dizel yanacağının idxalı 26 % azalaraq 146,4 min ton təşkil edib. Bu azalma gözlənilən idi və Mozır neft emalı zavodunda aparılan planlı təmir işləri ilə bağlı olub.

Belarusdan tədarükün azalmasını bazar digər istiqamətlər hesabına qismən kompensasiya edib. Xüsusilə, hesabat ayında Litvadan tədarüklər 2020-ci ilin may ayında iki dəfədən çox artaraq 82,4 min tona çatıb. 2020-ci ilin may ayında bu rəqəm 37,8 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi