SOCAR "TotalEnergies" ilə "Abşeron" yatağının işlənməsini müzakirə edib

Energetika
  • 08 yanvar, 2026
  • 12:59
SOCAR TotalEnergies ilə Abşeron yatağının işlənməsini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "TotalEnergies" şirkəti arasında "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib.

Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, bu müzakirə SOCAR-ın prezidenti Rövşən Nəcəfin "TotalEnergies" şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşündə aparılıb.

Görüşdə iki şirkətin birgə iştirakı ilə reallaşdırılan layihələrin icra vəziyyəti müzakirə olunub. O cümlədən tərəflər enerji sahəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən ötən əsrin 60-cı illərində kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair saziş imzalanıb. Sazişə əsasən, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti