SOCAR qlobal inteqrasiya olunmuş neft məhsulları bölməsini yaradacaq

SOCAR qlobal inteqrasiya olunmuş neft məhsulları bölməsini yaradacaq “SOCAR Trading”: Avropada dizel tələbatının 2021-ci ilə qədər bərpa olunma ehtimalı azdır
Energetika
24 Sentyabr , 2020 13:15
SOCAR qlobal inteqrasiya olunmuş neft məhsulları bölməsini yaradacaq
0 : 00
0 : 00

Avropada dizel tələbatının 2021-ci ilə qədər bərpa olunma ehtimalı azdır, regiondakı çətinlik çəkən neft emalı zavodları daha çox təzyiq altında qalacaq.

“Report”un məlumatına görə, bunu “Argus”a "SOCAR Trading" şirkətinin icraçı direktoru Məryəm Almaszadə deyib.

Onun sözlərinə görə, hazırda anbarlar doludur, emalın marjası isə çox dar və ya mənfidir.

O qeyd edib ki, tələbatın tezliklə bərpa olunacağını gözləmir və vəziyyət yalnız COVID-19 vaksinin tapılması və hər kəs üçün əlçatan olacağı təqdirdə kəskin dəyişə bilər: "Tələbatın tezliklə bərpa olunacağını gözləyirəmmi? Xeyr, bunu bu il və hətta sonrakı 6-9 ay ərzində görmürəm. Təbii ki, fövqəladə bir şey olmazsa – məsələn, COVID-19 peyvəndi hamı üçün əlçatan olarsa".

Onun sözlərinə görə, Avropadakı neft emalı zavodları hazırda ciddi problemlərlə üzləşirlər: “Bu cür şəraitdə işləmək mümkün deyil. Bəzilərinin, potensial olaraq daha az inkişaf etmiş neftayırma zavodlarına sahib olanların bazarı tərk etmələrini istisna etmirəm".

O bildirib ki, SOCAR-ın ticarət qolu olan bu şirkətin xam neft ticarəti üçün mövcud modeli əks etdirərək qlobal inteqrasiya olunmuş neft məhsulları bölməsini yaratmağı nəzərdən keçirir.

M. Almaszadə həmçinin bildirib ki, dünya enerjisinin daha az karbonlu gələcəyə keçməsinə baxmayaraq, “SOCAR Trading”in qısa və orta müddətli perspektivdə neftdə hələ çox potensial görür: "COVID-19 pandemiyası bizi ənənəvi iş rejimimizi dəyişdirməyə məcbur etdi və “Azeri Light” xam neftinin hamısı Asiyaya gedib. Bazar əsaslarının işləmədiyi bir vəziyyətdə, başımıza gələ biləcək ən pis şeyin yüksək konsentrasiya riski olduğunu anladıq".

O qeyd edib ki, bu gün “SOCAR Trading”in Sinqapur, Amerika və Avropada ofislərinin olması bizə nələrin baş verdiyini çox yaxşı başa salıb: “Bundan əvvəl müxtəlif neft növləri üçün ayrı ticarət şöbələri fəaliyyət göstərirdisə, hazırda şöbələr inteqrasiya olunub. Bunun nəticəsi kimi, potensial müştərilərin hansı neft sortuna ehtiyacı yaranacağı daha yaxşı başa düşülür”.

M. Almaszadə vurğulayıb ki, “SOCAR Trading” həmçinin etiraf edir ki, enerji keçidində LNG və təbii qaz şirkətin ümumi gələcəyində əhəmiyyətli bir rol oynayacaq.

Son xəbərlər

Orphus sistemi