Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Turizm
  • 02 noyabr, 2026
  • 16:47
Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

"Böyük Qayıdışa dair Dövlət Proqramı" çərçivəsində Azərbaycana səfər edən pakistanlı 10 influenser Azərbaycanın mədəni irsi, tarixi və turizm imkanları ilə tanış olublar.

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Bakı, Gəncə, Şuşa və Xankəndini əhatə edən səfər çərçivəsində iştirakçılara Azərbaycanın müxtəlif turizm istiqamətləri və onların xüsusiyyətləri barədə məlumat verilib.

Proqram çərçivəsində influenserlər Bakının müasir şəhər mühiti, eləcə də Gəncənin tarixi və mədəni irsi ilə tanış olublar. İştirakçılara şəhərlərin memarlıq nümunələri, milli-mədəni dəyərləri və turizm imkanları barədə məlumat təqdim edilib.

"Böyük Qayıdışa dair Dövlət Proqramı" çərçivəsində təşkil olunan səfər zamanı iştirakçılar Qarabağ və Şərqi Zəngəzurun tarixi və mədəni əhəmiyyəti, eləcə də ərazidə aparılan bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıblar. Həmçinin bölgədə formalaşan turizm infrastrukturu və ziyarətçilər üçün yaradılan imkanlar diqqətə çatdırılıb.

İnfoturun məqsədi Pakistan auditoriyasında Azərbaycanın turizm imkanları barədə məlumatlılığı artırmaq, paytaxtla yanaşı, digər şəhər və bölgələrə marağı təşviq etməkdir. Səfər iştirakçılarının təəssüratlarını öz rəqəmsal platformalarında paylaşması vasitəsilə ölkəmizin turizm istiqamətlərinin daha geniş auditoriyaya tanıdılması nəzərdə tutulur.

44 filmi