SOCAR “Petkim”ə yatırımlarının həcmini açıqlayıb
- 19 mart, 2024
- 08:18
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Turkey Enerji” şirkəti 2008-ci ildən “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin inkişafına 1,7 milyard ABŞ dolları sərmayə yatırıb.
“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu “SOCAR Turkiyə Enerji” şirkətinin baş direktoru Elçin İbadov bildirib.
Onun sözlərinə görə, 2 milyard 040 milyon ABŞ dolları həcmində özəlləşdirmə məbləğinə əlavə olaraq, Türkiyə iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən, ölkənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya müəssisəsi olan “Petkim” kompleksinin ümumi inkişafına indiyənədək 1,7 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub.
"Bu investisiyalar sayəsində “Petkim” Türkiyənin neft-kimya məhsullarına olan tələbatının təxminən 12 %-ni ödəməklə, ölkənin idxaldan asılılığının azaldılmasına mühüm töhfə verir”, - E. İbadov qeyd edib.
E. İbadov əlavə edib ki, şirkət 2024-cü ildə “Petkim” neft-kimya kompleksi ilə inteqrasiya olunmuş STAR neft emalı zavoduna sərmayə qoymağa davam edəcək: “İllik 12 milyon ton neft emalı həcmi ilə STAR neft emalı zavodu Türkiyənin emal olunmuş neft məhsullarına olan ehtiyacının təxminən 20 %-ni təmin edir. 2024-cü ildə STAR zavodunun gücünü artırmaq üçün 2023-cü ildə investisiyalarımızı davam etdirdik”.
Qeyd edək ki, STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və “Azeri Light”, Kərkük və “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Hazırda zavodda 20 növdən çox neft emal olunur. Eyni zamanda, zavodun konstruksiyasına uyğun olaraq, ağır neft növləri emal üçün ən uyğundur. Hazırda zavod