Bakı. 20 oktyabr. REPORT.AZ/ Oktyabrın 20-də Gürcüstanın şərqindəki Saqareco rayonunda dörd kəndə qaz verilişinə başlanılıb.
"Report"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Gürcüstanın energetika naziri Kaxa Kaladze və "SOCAR Georgia" şirkətinin rəhbərinin müavini Anton Samsonidzenin iştirakı ilə Manavi kəndində keçirilən mərasimdə simvolik olaraq təbii qaz alovlandırılıb.
Gürcüstanın Energetika naziri Patara, Didi Çauluri və Toxliauri kəndlərinə çəkilən qaz xəttlərinə də baxış keçirib.
Məlumata görə, təkcə Manavi kəndində 39 kilometr orta təzyiqli qaz xətti çəkən "SOCAR Georgia" şirkəti 1200 ailənin təbii qazla təmin edib. Digər üç kənddə çəkilən qaz xətlərinin uzunliğu isə 45.1 kilometr təşkil edib. beləliklə daha 1324 ailə qazla təmin olunub.
Oktyabrın 1-i etibari ilə "SOCAR Georgia" şirkəti Gürcüstanda 5150 kilometr qaz xətti çəkib. Beləliklə, 207 989 abonent qazla təmin edilib.