Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (
SOCAR-dan "Report"a verilən məlumata görə, vyetnamlı qonaqlar əvvəlcə
Qonaqları salamlayan R.Abdullayev Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin son illər daha da möhkəmləndiyini, iki ölkənin neft-qaz şirkətləri arasında əməkdaşlığın yeni mərhələdə Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin inkişafında mühüm rol oynayacağına əmin olduğunu söyləyib.
“Petrovyetnam” şirkətinin prezidenti Khan 30 il əvvəl Bakıda təhsil aldığını, buna görə də səfərindən böyük məmnunluq duyduğunu ifadə edib. O, başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Dövlət Neft Akademiyasının bir neçə məzununun olduğunu söyləyib, Vyetnamın neft-qaz sənayesinin inkişafında Azərbaycan neftçilərinin mühüm rol oynadığını, ötən müddətdə Bakının gözəlləşdiyini söyləyən qonaq Azərbaycanın sosial-iqtisadi inkişafı ilə həmişə yaxından maraqlandıqlarını və bu inkişafa sevindiklərini vurğulayıb.
O, Vyetnam Sosialist Respublikası prezidentinin Azərbaycana səfəri ərəfəsində SOCAR ilə “Petrovyetnam” şirkətləri arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində aparılan danışıqlar daha da intensivləşdiyini deyib.
Qeyd olunub ki, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu ilə “Petrovyetnam” şirkəti arasında neft-qaz mühəndisliyi üzrə birgə müəssisənin yaradılması işləri başa çatmaq üzrədir. Bakı Ali Neft Məktəbi ilə Vyetnamın neft-qaz sənayesi üçün kadr hazırlığına dair əməkdaşlıq memorandumu imzalanıb. “Petrovyetnam”ın rəhbəri Azərbaycan və Vyetnamın perspektivli neft-qaz strukturlarının SOCAR-la birlikdə işlənilməsində maraqlı olduqlarını söyləyib. SOCAR prezidenti R.Abdullayev şirkətin həyata keçirdiyi qlobal və regional əhəmiyyətli neft-qaz layihələrindən danışaraq qarşıdakı illərdə bir sıra perspektivli strukturların işlənilməyə başlanılacağını qeyd edib. O, bu istiqamətdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu, zəruri təhlil və araşdırmaların aparılacağını söyləyib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.