SOCAR BƏƏ-dəki satış gəlirlərini 55 %-dən çox artırıb
- 08 iyul, 2025
- 13:58
2024-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədəki əsas əməliyyat (satış) gəlirləri 53 milyard 868 milyon manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 8,1 % azdır.
Bundan başqa, hesabat dövründə SOCAR-ın Türkiyədəki satış gəlirləri 10,3 % artaraq 9 milyard 703 milyon manat, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) satış gəlirləri 55,4 % artaraq 8 milyard 823 milyon manat, Azərbaycandakı satış gəlirləri 1 % azalaraq 8 milyard 153 milyon manat, Gürcüstandakı satış gəlirləri cüzi azalaraq 1 milyard 556 milyon manat, digər ölkələrdəki satış gəlirləri isə 13 % artaraq 2 milyard 586 milyon manat olub.
Ötən il SOCAR satışdan 84 milyard 689 milyon manat gəlir əldə edib ki, bu da əvvəlki ilə nisbətən 0,6 % azdır.