Səudiyyə Ərəbistanındakı neft boru xətləri bölüşdürüldü

Səudiyyə Ərəbistanındakı neft boru xətləri bölüşdürüldü “Saudi Aramco” ABŞ-ın “EIG Global Energy Partners”in başçılıq etdiyi konmsorsiumla müqavilə imzalayıb
Energetika
10 Aprel , 2021 18:04
Səudiyyə Ərəbistanındakı neft boru xətləri bölüşdürüldü

Səudiyyə Ərəbistanı Dövlət Neft Şirkəti “Saudi Arabian Oil Co.” (“Aramco”) boru kəmərləri şəbəkəsini bölüşdürməklə bağlı ABŞ-ın “EIG Global Energy Partners”ın başçılıq etdiyi konsorsiumla müqavilə imzalayıb.

“Report” xəbər verir k, müqavilə şərtlərinə görə konsorsium 12,4 milyard ABŞ dolları müqabilində yeni yaradılan “Aramco Oil Pipelines Company”də 49 faizlik pay sahibinə çevrilməklə 25 il müddətində “Aramco”ya məxsus hazırkı və gələcəkdə tikiləcək boru kəmərləri şəbəkəsindən neft nəqlinin tarif haqlarının ödənilməsi üzrə hüquqlar əldə edir.

Bununla yanaşı “Aramco” boru kəmərləri şəbəkəsi üzərində sahibliyə və əməliyyat nəzarətinə davam edəcək. Tərəflər bu müqaviləni tarixin ən böyük infrastruktur sövdələşmələrindən biri kimi dəyərləndiriblər.

Son xəbərlər

Orphus sistemi