Səngəçal terminalından “Şahdəniz” qazının ixrac həcmi açıqlanıb

Energetika
  • 07 avqust, 2025
  • 15:13
Səngəçal terminalından “Şahdəniz” qazının ixrac həcmi açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına təqribən 106 milyon bareldən çox neft və kondensat ixrac edilib.

Bu barədə “Report” yataqların operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2025-ci ilin birinci yarımilinin yekunları ilə bağlı yaydığı hesabata istinadən xəbər verir.

Bu həcmlərin hamısı BTC vasitəsilə nəql edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon barel və ya 3,6 % azdır.

Hesabat dövründə terminaldan həmçinin gündəlik orta hesabla 74 milyon kubmetrdən çox (təqribən 2 milyard 616 milyon kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib. Bu da 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 67 milyon kubmetr və ya 2,5 % azdır.

Qeyd edək ki, neft və qaz Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti