"Saudi Aramco"nun satışı üçün Nyu-York birjası seçilib

"Saudi Aramco"nun satışı üçün Nyu-York birjası seçilib Özəlləşdirmə prosesi 10 il ərzində mərhələli şəkildə davam edəcək
Energetika
21 Fevral , 2017 13:02
Saudi Aramconun satışı üçün Nyu-York birjası seçilib

Bakı. 21 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı "Saudi Aramco" Dövlət Neft Şirkətinin səhmlərinin yerləşdirilməsi üçün ABŞ-ın Nyu-York birjasını seçib. "Report"un "The Wall Street Journal"a istinadən verdiyi xəbərə görə, bununla yanaşı Kanadanın Toronto və B.Britaniyanın London birjaları da nəzərdən keçirilir. Xatırladaq ki, buna qədər S.Ərəbistanının hökuməti ilkin emissiyanı Sinqapur, Honq-Konq, Tokio və ya Şanxay birjalarında keçirməyi planlaşdırmışdı.

Qeyd edək ki, "Saudi Aramco"nun səhmlərinin ilkin yerləşdirilməsi dünya tarixində ən irihəcmli emissiya olacaq. Belə ki, şirkətin bazar dəyəri minimum 2 trln. ABŞ dolları həcmində qiymətləndirilir və səhmlərin 5%-nin, yəni 100 mlrd. dollarlıq hissəsinin satılması gözlənilir. Keçən ilin dekabr ayında ölkənin "Əl İqtisadi" qəzeti hökumətin "Saudi Aramco"nun səhmlərinin 49%-ni satacağını yazıb. Əməliyyatın 10 il ərzində mərhələli şəkildə həyata keçiriləcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi