Şamaxının iki kəndinə qaz verilib
Energetika
- 09 avqust, 2019
- 09:53
Bu gün qazlaşdırma işləri başa çatdırılmış Şamaxı rayonunun Çıraqlı və Çöl-Göylər kəndlərinə təbii qaz verilib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu münasibətlə Çıraqlı kəndində rayon rəhbərliyi və “Azəriqaz” nümayəndələrinin iştirakı ilə mərasim keçirilib.
Qeyd edək ki, Çıraqlı (39 abonent) və Çöl-Göylər (110 abonent) kəndlərinə təbii qazın verilməsi ilə rayon üzrə qazlaşma faizi 96,67 %-ə çatıb. İşlərə bu ilin fevral ayının əvvəlində başlanılıb.
Ümumilikdə 2 kənddə müxtəlif diametrli yeraltı orta təzyiqli polietilen və paylayıcı yerüstü qaz kəmərləri çəkilib. Hər bir fərdi mənzilin qaz kəməri üzərində 149 ədəd qaz sayğacı quraşdırılıb.
Son xəbərlər
18:42
Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər
İnfrastruktur18:29
Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşüb - FAKTİKİ HAVA
Ekologiya18:25
Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib
İKT18:25
Aİ-nin Ermənistandakı missiyası Azərbaycanla sülh prosesi ilə məşğul olmayacaq
Digər ölkələr18:22
Foto
Video
Azərbaycanın hərbi gəmiləri şərti düşmənin kəfiyyat-diversiya qruplarını məhv edib
Hadisə18:22
Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar
Komanda18:19
Azərbaycanda yaylaq ehtiyatlarının məhdudluğu bəzi fermerlər üçün problemlər yaradır
ASK18:17
Rüfət Səfərov 8 il azadlıqdan məhrum edilib
Hadisə18:12