Saltuk Düzyol: “TAP-a qaz vermək üçün bir ildir hazırıq”

Saltuk Düzyol: “TAP-a qaz vermək üçün bir ildir hazırıq” 2022-ci ildə boru kəmərinin ümumi illik nəqletmə gücü 16 milyard kubmetrə çatdırmağı nəzərdə tutulub
Energetika
20 Noyabr , 2020 15:46
Saltuk Düzyol: “TAP-a qaz vermək üçün bir ildir hazırıq”

“Əslində, biz Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) konsorsiumu olaraq, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Avropaya kommersiya qazının nəqlinə başlamağımız üçün bir ildən çoxdur hazır vəziyyətdəyik”.

“Report”un məlumatına görə, bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol Türkiyə mətbuatına bildirib.

Onun sözlərinə görə, Avropaya qaz nəqlini başlamaqla birgə, gələn il Türkiyəyə təhvil verəcəyimiz qazın ümumi həcmi 12,2 milyard kubmetr təşkil edəcək.

O bildirib ki, 2022-ci ildə boru kəmərinin ümumi illik nəqletmə gücü 16 milyard kubmetrə çatdırmağı nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Orphus sistemi