Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq Səbəb qaz sızmalarının ləğv olunması, qaz xətlərində aparılacaq təmir işləridir
Energetika
24 May , 2016 20:09
Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 24 may. REPORT.AZ/ Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, aşkar olunmuş qaz sızmalarının ləğv olunması, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması ilə əlaqədar mayın 25-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu və Xəzər rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi