Sabahdan Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azad olunacaq

Sabahdan Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azad olunacaq Qərar 1 yanvar 2018-ci il tarixinədək qüvvədə olacaq
Energetika
24 Mart , 2017 09:10
Sabahdan Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azad olunacaq

Bakı. 24 mart. REPORT.AZ/ Sabahdan etibarən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 9 ay müddətində gömrük idxal rüsumuna cəlb olunmayacaq.

“Report”un xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına edilən dəyişiklik martın 25-də qüvvəyə minəcək.

Dəyişikliyə əsasən, Azərbaycanın 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Qərar 1 yanvar 2018-ci il tarixinədək (9 ay) qüvvədə olacaq.

Son xəbərlər

Orphus sistemi