“Azəriqaz”: “Bakının dairəvi qaz sisteminin qurulması 5 ilə yekunlaşacaq”

“Azəriqaz”: “Bakının dairəvi qaz sisteminin qurulması 5 ilə yekunlaşacaq” Hətta vəsait olsa da belə, bunu 1-2 il ərzində həll etmək mümkün deyil. Bu, hissə-hissə həyata keçirilməlidir
Energetika
241
11 May , 2022 13:20
“Azəriqaz”: “Bakının dairəvi qaz sisteminin qurulması 5 ilə yekunlaşacaq”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yeni dairəvi qaz sisteminin qurulmasını yaxın 5 ildə tam yekunlaşdıracaq.

Bunu “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev “Report”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Birlik qaz kəmərlərinin yenilənməsi və yeni dairəvi sistemin qurulması ilə bağlı işlər görür: “Bilirsiniz ki, bəzi hallarda qış aylarında müəyyən problemlər yaşayırıq. Çünki bizdə Bakı ərazisində şəbəkənin 10 %-i yeni dairəvi sistem ilə əhatə edilib. Amma şəbəkənin digər hissəsinin dairəvi sistemdə olmaması bizə maneə yaradır”.

Qurum rəhbəri bildirib ki, hər hansı qəza baş verdikdə və yaxud təmir işləri aparıldıqda qazın verilişinin dayandırılması kütləvi sayda abonentin qaz təchizatında müvəqqəti fasilənin yaranmasına səbəb olur: “Amma dairəvi sistem olsa, biz həmin qəza yerini lokallaşdıra bilərik və hər hansı hadisə zamanı maksimum 500-1 000 abonent qazsız qala bilər. Ancaq hazırda baş verən qəza hallarında bir də görürsən ki, 60-70 min abonent qazsız qalır. Bu da bizim ümumi iş fəaliyyətimizə təsir göstərir”.

R.Əliyev deyir ki. bu da müəyyən vaxt tələb edən bir prosesdir: “Hətta vəsait olsa da belə, bunu 1-2 il ərzində həll etmək mümkün deyil. Bu, hissə-hissə həyata keçirilməlidir. Çünki Bakı şəhərində həyat davam etdiyi halda, bu işləri həyata keçirmək çətinlik yarada bilər. Amma bununla belə, artıq bu işlərə start verilib. Düşünürük ki, dairəvi sistemin qurulması və digər işlərin həlli yaxın 5 ildə tam yekunlaşacaq”.

Müsahibəni tam şəkildə buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi