Rusiya neft məhsullarının ixrac rüsumlarını artırır

Rusiya neft məhsullarının ixrac rüsumlarını artırır Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gündən etibarən Rusiya neftin ixrac rüsumlarını 7,5 dollar qaldıraraq, bir tonu 137,5 ABŞ dolları məbləğində təyin edir.
Energetika
1 Oktyabr , 2018 12:39
Rusiya neft məhsullarının ixrac rüsumlarını artırır

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gündən etibarən Rusiya neftin ixrac rüsumlarını 7,5 dollar qaldıraraq, bir tonu 137,5 ABŞ dolları məbləğində təyin edir.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, Rusiya İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, 15 avqust – 14 sentyabr dövründə keçirilən monitorinq vaxtı “Urals” markalı neftin bir barelinin qiyməti orta hesabla 74,45 dollar, bir tonu isə 543,5 dollar olub. Şərqi Sibir, Xəzər, habelə Arktikadakı "Prirrazlom" yataqlarından çıxarılan neft üçün rüsumun endirimli dərəcəsi neft sənayesindəki vergi islahatı çərçivəsində tətbiq edilən yeni hesablama düsturu ilə bağlı 2015-ci il fevralın 1-dən etibarən səfər səviyyəsində qalır. Həmin düstura görə, neftin orta qiyməti 76 dollardan aşağı oldduğu halda sıfır səviyyəsində qalacaq.

Oktyabrın 1-dən etibarən yüksək qatılıqlı neftin ixrac rüsumu 21,4 dollardan 22,7 dollaradək artırılır. Maye qazın rüsumu 27,4 dollar, maye hidrokarbon qazının saf fraksiyalarının isə 10,9 dollara çatdırılıb. Həmçinin açıq rəngli neft məhsulları və yağların bir tonuna görə rüsum bu gündən 41,2 dollar, tünd rənglisində isə 137,5 dollar, əmtəə benzininin bir tonuna görə 41,2 dollaradək, nafta benzininin bir tonuna görə 71,5 dollardan 75,6 dollaradək artırılıb.

Son xəbərlər

Orphus sistemi