“Petronas” "Şahdəniz"dəki payının satmasının səbəblərini açıqlayıb

Energetika
  • 27 oktyabr, 2021
  • 11:55
“Petronas” Şahdənizdəki payının satmasının səbəblərini açıqlayıb

Malayziyanın “Petronas” neft-qaz şirkəti Xəzər dənizindəki "Şahdəniz" qaz layihəsində 15,5 %-lik payının satması hökumətin “Petronas”ın aktivlərini və biznes portfellərini yenidən qiymətləndirmək üzrə davam edən səylərinin bir hissəsidir.

“Report”un Malayziya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin iqtisadiyyat naziri Mustapa Mohamed bildirib.

Onun sözlərinə görə, bu qərarlar uzunmüddətli kommersiya qiymətləndirməsi əsasında qəbul edilib: “Onlar güclü maliyyə mövqe saxlamaq üçün lazımdır".

Nazir Azərbaycanda qaz aktivlərinin hökumət tərəfindən yenidən qiymətləndirilən yeganə aktiv olmadığını açıqlayıb. O bildirib ki, potensialını reallaşdıran digər aktivlər də nəzərə alınacaq".

Mustapa xatırladıb ki, şirkətin Azərbaycanda aktivi 2019-cu ildən etibarən satılacaq potensial aktiv kimi müəyyən edilib: “Ötən il COVID-19 pandemiyası səbəbi ilə çətin olduğundan aktivin satışı tam reallaşdırıla mümkün olmayacaqdı. Bu satış “Petronas”ın gəlirlərini maksimum dərəcədə artırılması, əsas bizneslərinin genişləndirilməsi və yeni sahələrə daxil olmaq strategiyalarına uyğundur”.

Nazir qeyd edib ki, aktivin satışına bu ilin oktyabrın 1-də “Petronas”ın törəmə şirkəti olan “Petronas International Corporation Ltd”nin idarə heyətinin razılığından sonra qərar verilib. Bu sövdələşmə sayəsində şirkət, bu il üçün nəzərdə tutulan dividendlər də daxil olmaqla hökumətə 25 milyard Malayziya ringiti həcmində vəsait ödəyəçək: “Petronas" güclü pul axını yaratmaq qabiliyyətini sübut edib”.

Qeyd edək ki, oktyabrın 9-da “Petronas” Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” təbii qaz layihəsindəki 15,5 %-lik payını Rusiyanın “Lukoil” şirkətinə 9,41 milyard Malayziya rinqitinə (2,25 milyard ABŞ dolları) satıb.

Son xəbərlər

Bütün Xəbər Lenti