Pərviz Şahbazov Qubada vətəndaşları qəbul edib
- 20 fevral, 2026
- 17:06
Bu gün energetika naziri Pərviz Şahbazov Qubada vətəndaşları qəbul edib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, qurumun aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Quba, Qusar və Xaçmaz rayonlarından olan 43 vətəndaş iştirak edib.
Vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, küçə işıqlandırılması, qeyri-yaşayış obyektinin qazlaşdırılması, elektrik dirəklərinin yerinin dəyişdirilməsi, mühafizə zonaları, sayğacların quraşdırılması, elektrik təsərrüfatının yenilənməsi, elektrik enerjisi və qazdan istifadəyə görə borcun yaranması, elektrik enerjisinin keyfiyyəti, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.