Pərviz Şahbazov BP ilə Azərbaycandakı neft-qaz yataqlarının perspektivlərini müzakirə edib
Pərviz Şahbazov BP ilə Azərbaycandakı neft-qaz yataqlarının perspektivlərini müzakirə edibAzərbaycanın energetika naziri Pərviz Şahbazov BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə görüşüb.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.
“Biz BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” və “Şəfəq-Asiman” yataqlarında mövcud vəziyyəti və perspektivləri, AÇG-də dərin qaz laylarından gələn il hasilata başlanması çərçivəsində həyata keçirilən işləri dəyərləndirdik”, - paylaşımda qeyd edilib.
#BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və “Şəfəq-Asiman” yataqlarında mövcud vəziyyəti və perspektivləri, AÇG-də dərin qaz laylarından gələn il hasilata başlanması çərçivəsində həyata keçirilən işləri… pic.twitter.com/KBVcK8x0as
— Parviz Shahbazov (@ParvizShahbazov) June 6, 2024