Ötən il dövlətə 2,860 mlrd. kubmetr səmt qazı verilib

Ötən il dövlətə 2,860 mlrd. kubmetr səmt qazı verilib Bakı. 9 dekabr. REPORT.AZ/ 2016-cı ildə Azərbaycanda Hasilat Sənayesində Şəffaflığa (HSŞ) qoşulmuş şirkətlər dövlətə 2 860 269,8 min kubmetr həcmində səmt qazı verib.
Energetika
9 Dekabr , 2017 11:22
Ötən il dövlətə 2,860 mlrd. kubmetr səmt qazı verilib

Bakı. 9 dekabr. REPORT.AZ/ 2016-cı ildə Azərbaycanda Hasilat Sənayesində Şəffaflığa (HSŞ) qoşulmuş şirkətlər dövlətə 2 860 269,8 min kubmetr həcmində səmt qazı verib.

“Report” xəbər verir ki, bu, “Moore Stephens Azerbaijan” şirkəti tərəfindən audit olunmuş 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq Hesabatının yekun versiyasında qeyd olunub.

Hesabata əsasən, BP şirkəti tərəfindən 2 762 555,2 min kubmetr (“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan) həcmində səmt qazı verilib.

Ötən il dövlətə “Abşeron İnvestment Limited” 33,067 mln. kubmetr, “Azen Oil Company B. V” 2,398 mln. kubmetr, “Bahar Energy Limited” 2,768 mln. kubmetr, CNPC 9,629 mln. kubmetr, “Focnmeyt Assets Limited” 9,629 mln. kubmetr, “Karasu Development Company” 630,2 min kubmetr, “Novatis Oil F.Z.E” 4,585 mln. kubmetr, “Salyan Neft MMC” 19,258 mln. kubmetr, “Shirvan Investment limited” 7,077 mln. kubmetr, “UGE Lancer PTE. Ltd” 8,681 mln. kubmetr həcmində səmt qazı verib.

Hesabat dövründə “Bahar Energy” dövlətə 18,949 mln. kubmetr həcmində təbii qaz da verib.

Son xəbərlər

Orphus sistemi