Ötən il BTC ilə 27,8 mln tondan artıq neft və kondensat ixrac olunub

Ötən il BTC ilə 27,8 mln tondan artıq neft və kondensat ixrac olunub 2020-ci il ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri üzrə əməliyyat xərclərinə təqribən 111 milyon ABŞ dolları xərclənib
Energetika
4 Fevral , 2021 11:46
Ötən il BTC ilə 27,8 mln tondan artıq neft və kondensat ixrac olunub

2020-ci il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərclərinə təqribən 111 milyon ABŞ dolları xərclənib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2020-ci ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, 2019-cu illə müqayisədə BTC üzrə əməliyyat xərcləri 27 milyon ABŞ dolları və ya 19,6 % az olub.

2020-ci il ərzində ixrac kəməri üzrə əsaslı xərclər isə təqribən 29 mln ABŞ dolları təşkil edib. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 15 mln ABŞ dolları və ya 34,1 % azdır.

1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 475 mln tondan artıq (3,57 mlrd barel) xam neft nəql edilib və Ceyhanda 4 659 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

İl ərzində isə BTC vasitəsilə 27,8 mln tondan artıq (təqribən 211 mln barel) xam neft və kondensat ixrac olunub və Ceyhanda 278 tankerə yüklənib. Son bir il ərzində BTC ilə nəqlin həcmi 3,2 mln ton və ya 10,3 % azalıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %, 16 aprel tarixindən “Chevron” şirkətini əvəz edib); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Son xəbərlər

Orphus sistemi