Ötən ay "SOCAR Energy Ukraine” avtomobil benzininin idxalını 44% artırıb

Ötən ay "SOCAR Energy Ukraine” avtomobil benzininin idxalını 44% artırıb Bu ilin sentyabr ayı ərzində “SOCAR Energy Ukraine” bu ölkəyə 5,9 min ton avtomobil benzini idxal edib.
Energetika
298
21 Oktyabr , 2020 10:00
Ötən ay SOCAR Energy Ukraine” avtomobil benzininin idxalını 44% artırıb

Bu ilin sentyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” bu ölkəyə 5,9 min ton avtomobil benzini idxal edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 1,8 min ton və ya 43,9% çoxdur.

Bununla da SOCAR Ukraynaya avtomobil benzini idxal edən şirkətlərin arasında altıncı olub.

Bu il sentyabr ayında Ukraynaya ümumilikdə 100,1 min ton avtomobil benzini idxal edilib ki, bu da 2019-cu ilin analoji ayı ilə müqayisədə 25,6 min ton və ya 20,37% azdır.

Ölkəyə avtomobil benzini idxal edən şirkətlər arasında isə ilk yeri OKKO şirkəti tutub. Ötən ay bu şirkətin Ukraynaya avtomobil benzinin idxalı 46,9% azalaraq 24 min ton təşkil edib.

İkinci yerdə avtomobil benzinin idxalının həcmlərinə görə WOG şirkəti yer alıb. Bu şirkət ötən ay Ukraynaya 18,4 min ton avtomobil benzini idxal edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11,96% azdır.

Ukraynaya benzin idxalında liderlərin üçlüyünü “BRSM-Nafta” şirkəti qapadır. Ötən ay bu şirkət 8,9 min ton avtomobil benzini idxal edib ki, bu da 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 29% çoxdur.

İdxalın azalmasının əsas səbəbi yerli istehsalçılar olan “Ukrtatnafta” və “Ukrqazdobıça” şirkətlərinin alıcılığının artmasıdır.

Bu ilin 9 ayında ölkənin avtomobil benzini bazarının balansı 5,7% və ya 84 min ton artaraq 1,572 mln tona çatıb. Bazar iştirakçıları bu artımı koronavirus pandemiyası səbəbindən aşağı qiymətlər dövründə yaradılan ehtiyatların artması ilə izah edirlər.

Son xəbərlər

Orphus sistemi