OPEK+ alyansının iclası öncəsi neft bahalaşır

OPEK+ alyansının iclası öncəsi neft bahalaşır OPEK+ alyansının iclası öncəsi dünya bazarlarında neft qiymətləri bir qədər bahalaşır
Energetika
1 İyul , 2021 12:35
OPEK+ alyansının iclası öncəsi neft bahalaşır

OPEK+ alyansının iclası öncəsi dünya bazarlarında neft qiymətləri bir qədər bahalaşır.

Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,16 % bahalaşaraq, 1 bareli 74,74 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti 0,2 % artaraq, 1 bareli 73,62 ABŞ dolları təşkil edib.

Hazırda OPEK+ alyansının iclası diqqət mərkəzindədir. Analitiklər hesab edirlər ki, xammala olan tələbin artması fonunda alyans avqust ayında hasilatın artırılması ilə bağlı qərar verəcək.

Hazırda bazardakı vəziyyət neft və neft məhsullarının qiymətlərinin artmasına təkan verir. Bir tərəfdən, məhdudiyyətlərin tədricən aradan qaldırıldığı ABŞ-da neftə olan tələbat kəskin surətdə artır. Digər tərəfdən isə təklif səviyyəsi demək olar ki, dəyişilməz olaraq qalır. Ekspertlər hesab edirlər ki, bu gedişat cari ildə xammal çatışmazlığına səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi