OPEC Azərbaycanda bu il üçün gündəlik neft hasilatı proqnozunu açıqlayıb
- 18 yanvar, 2022
- 13:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün orta gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.
“Report”un məlumatına görə, bu barədə qurumun yanvar ayı üçün açıqladığı hesabatında deyilir.
Məlumata görə, 2022-ci ildə Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı 0,82 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu, təşkilat tərəfindən dekabr ayında verilən proqnozla eynidir.
OPEC 2021-ci il ərzində isə Azərbaycanda gündəlik orta neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu 0,01 milyon barel artıraraq 0,74 milyon barel səviyyəsində olub.
OPEC-in məlumatına görə, ölkədə kondensatın hasilatı 140 min barel təşkil edib ki, bu da daha əvvəl verilən proqnozla müqayisədə eynidir. Ötən ilin dekabr ayında Azərbaycan neftinin hasilatı gündəlik olaraq 0,79 milyon barelə qədər artıb ki, bu da daha əvvəl verilən proqnozdan 0,02 milyon barel çoxdur.
Bildirilir ki, noyabrda Azərbaycanın maye karbohidrogen istehsalı gündəlik eyni səviyyədə qalaraq orta hesabla gündəlik 0,72 milyon barel təşkil edib.
Hesabatda deyilir ki, ötən dövr ərzində Azərbaycanda orta gündəlik neft hasilatı 0,584 milyon barel səviyyəsində olub ki, bu da illik müqayisədə 0,002 milyon barel çoxdur.
Qurum qeyd edib ki, buna səbəb sentyabrın 23-dən Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Çıraq” platformasında oktyabr ayının ortalarına qədər aparılan texniki xidmətin göstərilməsi olub.