Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləğinin təsdiqi qərarına dəyişiklik edilib

Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləğinin təsdiqi qərarına dəyişiklik edilib
Energetika
19 Aprel , 2019 23:54
Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləğinin təsdiqi qərarına dəyişiklik edilib

Nazirlər Kabinetinin "Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə” 2018-ci il 27 aprel tarixli qərara dəyişiklik edilib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən "Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 20 (iyirmi gün) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği” təsdiqlənib. 

“Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə onların istəyinə uyğun olaraq 10 (on) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği” təsdiq edilib.

Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği”nin adında “24 (iyirmi dörd)” rəqəmləri və sözləri “20 (iyirmi)” rəqəmləri və sözü ilə əvəz olunub.

Habelə həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə onların istəyinə uyğun olaraq 12 (on iki) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği”nin adında “12 (on iki)” rəqəmləri və sözləri “10 (on)” rəqəmləri və sözü ilə əvəzlənib.