Nazir müavini: "Sloveniya COP29-un təşkilində Azərbaycana dəstək verməyə hazırdır"
- 05 iyun, 2024
- 06:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Sloveniya Azərbaycana BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilində dəstək verməyə hazırdır.
"Report" xəbər verir ki, bunu Sloveniya Respublikası ətraf mühit, iqlim və energetika nazirinin müavini Tina Sersen bu gün keçirilən Bakı Enerji Forumunun I günündə "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq" mövzusunda plenar müzakirələrdə deyib.
O bildirib ki, Sloveniya ilə Azərbaycan arasında mühüm dostluq əlaqələri var: "Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlıq etməkdən məmnunuq. Həmçinin COP29-un təşkilində də verə biləcəyimiz dəstəyi əsirgəmərik. Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsi təqdirə layiqdir. Bu tədbirin əhəmiyyəti bütün dünyaya məlumdur və məhz Azərbaycanda keçirilməsi bizi sevindirir".