Nazir: "İtaliyada TAP-ın tikintisi ilə bağlı işlərdən razıyıq"

Nazir: "İtaliyada TAP-ın tikintisi ilə bağlı işlərdən razıyıq" Bakı. 20 oktyabr. REPORT.AZ/ Hazırda İtaliyada Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı işlərdən razıyıq.
Energetika
20 Oktyabr , 2018 14:35
Nazir: İtaliyada TAP-ın tikintisi ilə bağlı işlərdən razıyıq
Pərviz Şahbazov

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Hazırda İtaliyada Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı işlərdən razıyıq". 

"Report" xəbər ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

O, layihənin icrası zamanı bəzi yubanmaların olduğunu da qeyd edib: "Sözsüz ki, müəyyən texniki məsələlər var, kiçik, nəzərə çarpmayan gecikmələr olub. Bu, texniki məsələlərdən asılı olan proseslərdir. Biz görürük ki, layihə İtaliyanın özü üçün çox lazımlı layihədir. Bu, İtaliyanın həm qaz təminatına şaxələnmə gətirir, həm yeni mənbədən qaz və ölkə bazarında qaz qiymətlərinin normal tənzimlənməsinə xidmət edir, həm də İtaliyanın siyasətinə müsbət təsir edir. Həmçinin layihə İtaliya şirkətlərini işə cəlb edir və yeni iş yerləri açır. Biz düşünmürük ki, hansısa ölkə belə bir layihəyə qarşı çıxış edə bilər".

Son xəbərlər

Orphus sistemi