Moldovanın elektrik enerjisi idxalı kvotası artırılıb

Moldovanın elektrik enerjisi idxalı kvotası artırılıb Moldovaya Aİ-nin idxal kvotasını 315 MVt-dan 600 MVt-a qədər artırmaq hüququ verilib ki, bu elektrik enerjisi digər idxalçılar tərəfindən istifadə olunmayacaq.
Energetika
2 Yanvar , 2025 07:53
Moldovanın elektrik enerjisi idxalı kvotası artırılıb

Moldova Avropa İttifaqından (Aİ) elektrik enerjisi idxalı üçün kvotanı 315 MVt-dan 600 MVt-a qədər artırmaq hüququ əldə edib.

“Report” xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Sebastian Burduja özünün sosial media hesabında məlumat paylaşıb.
O bildirib ki, bu kvota yalnız Moldova tərəfindən istifadə olunacaq və digər idxalçılara aid edilməyəcək.

Hazırda Moldova və Ukraynanın ümumi idxal kvotası 2100 MVt təşkil edir. Bunun 315 MVt-ı Moldovaya, qalan hissəsi isə Ukraynaya ayrılıb. Moldova pik saatlarda təxminən 800 MVt elektrik enerjisi istehlak edir ki, bunun 177-185 MVt-ı istilik elektrik stansiyalarının, 32-57 MVt-ı isə bərpa olunan enerji mənbələrinin payına düşür.

Hökumətin planlarına əsasən, qalan enerji idxal yolu ilə təmin olunmalıdır. Kişineu elektrik enerjisini Rumıniyadan 400 kV-luq İsakça-Vulkaneşti xətti və Prut çayını keçən dörd 110 kV-luq xətt – Stınka, Sutsora, Huş və Falçiu vasitəsilə idxal edə bilər.

Bundan əvvəl Moldova Energetika Nazirliyi Ukraynanın kvotadan tam istifadə etmədiyi hallarda, ölkənin idxal kvotasının 315 MVt-dan 415 MVt-a qədər artırılması hüququ qazandığını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi