“Lukoil” Xəzərdəki yataqla bağlı planlarını açıqlayıb

Energetika
  • 23 dekabr, 2021
  • 13:11
“Lukoil” Xəzərdəki yataqla bağlı planlarını açıqlayıb

Rusiyanın “Lukoil” neft-qaz şirkəti Xəzər dənizində yerləşən Vladimir Filanovski yatağında 30 milyon ton neft hasilatı həddini keçib.

“Report”un şirkətə istinadən verdiyi məlumata görə, bu il layihə üzrə illik 6 milyon ton neft hasilat həcmini saxlamaq üçün 5 istismar quyusu (o cümlədən 4 hasilat və 1 suvurma quyusu) inşa edilib.

Bundan əlavə, şirkət Yuri Korçaqin adına yatağının keçirici blokunda yatağın işlənməsinin ikinci mərhələsini başa çatdırıb. Obyektdə 8 istismar quyusunun tikintisi yekunlaşıb.

Bundan başqa, “Lukoil” V.İ.Qrayfer adına üçüncü Xəzər yatağının işlənməsini davam edir. Həştərxan gəmiqayırma zavodlarında buzadavamlı stasionar platformanın və yaşayış modulu platformasının üst hissələrində tikinti-quraşdırma işləri aparılır.

2021-ci ildə obyektlərin yanalma divarına qaldırılması, çəkilməsii və daşınması üçün bir sıra əməliyyatlar həyata keçirilib. Buzadavamlı stasionar platformada neft platforması, yaşayış modulu platformasında isə helikopter meydançası quraşdırılıb.

2022-ci ilin ikinci rübündə Xəzər dənizində üzən krandan istifadə etmədən dayaq blokunun üst hissəsinin quraşdırılması əməliyyatını həyata keçirməyə imkan verən unikal üzmə üsulu ilə dəniz qurğularının quraşdırılması planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti