Körfəz ölkələri neft üzrə görüş keçirməyi təklif edir

Körfəz ölkələri neft üzrə görüş keçirməyi təklif edir Görüşün dəqiq tarixi və yeri hələlik müəyyən edilməyib
Energetika
4 Mart , 2016 13:22
Körfəz ölkələri neft üzrə görüş keçirməyi təklif edir

Bakı. 4 mart. REPORT.AZ/ Fars körfəzi ölkələri aprelin birinci yarısında region şəhərlərinin birində Neft İxrac Edən Ölkələr Birliyinə (OPEK) üzv və qeyri-üzv neft hasilatçısı ölkələrin görüşünü keçirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə körfəzin ərəb ölkələrindən birinin OPEK-dəki nümayəndəsinə istinadən "Reuters" məlumat verib.

"Nə tarix, nə də məkan müəyyənləşib. Körfəz ölkələri görüşün aprelin birinci yarısında və Dohada, eləcə də körfəzdəki hansısa digər şəhərdə keçirilməsinə üstünlük verir", - deyə mənbə bildirib.

Xatırladaq ki, bir müddət əvvəl "Bloomberg" Nigeriyanın neft naziri Emmanuel Kaçikvuya istinadən neft hasil edən ölkələrin görüşünün martın 20-də Rusiyada keçiriləcəyini xəbər vermişdi. Amma OPEK-dən neft hasil edən ölkələrin yeni görüşünün tarixi və yeri haqqında qərarın olmadığı bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi