​Kaxa Kaladze: "Əhalinin qazla təminatında SOCAR-ın heç bir problemi yoxdur"

​Kaxa Kaladze: "Əhalinin qazla təminatında SOCAR-ın heç bir problemi yoxdur" Gürcüstan əlavə olaraq Rusiya və İrandan qaz almaq niyyətindədir
Energetika
29 Oktyabr , 2015 14:16
​Kaxa Kaladze: Əhalinin qazla təminatında SOCAR-ın heç bir problemi yoxdur

Bakı. 29 oktyabr. REPORT.AZ/ Gürcüstan əhalisinin təbii qazla tamamilə təmin edilməsi sahəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) heç bir problemi yoxdur. "Report" xəbər verir ki, bu bəyanatla Gürcüstan Nazirlər Kabinetinin iclasında bu ölkənin energetika naziri Kaxa Kaladze çıxış edib.

K.Kaladzenin sözlərinə görə, Rusiyanın "Qazprom" şirkəti vasitəsi ilə ölkəyə idxal ediləcək qaz kommersiya məqsədi daşıyır: "Əvvəlki illərdə olduğu kimi biz Rusiyadan kommersiya məqsədi ilə qaz alacağıq. Müvafiq olaraq SOCAR-ın kommersiya məqsədləri üçün əlavə qaz gətirmək imkanı yoxdur".

Gürcü nazir "Qazprom"la Milan görüşünü xatırladaraq, bu vaxta qədər daha bir neçə görüş olduğunu, amma konkret razılıq olmadığını açıqlayıb: "Gürcüstanın tranzit imkanları var və bunu daha da artırmaq niyyətindəyik. Onun üçün də danışıqlar davam etdirilir".

K.Kaladze, həmçinin İrandan qaz almaq istədiklərini və noyabrın ortalarında Tehrana səfər etməyi planlaşdırdığını deyib: "İran çox maraqlı qaz bazarına malikdir. Bu baxımdan, biz onun ehtiyatlarından istifadə etməliyik. Noyabrın ortasında nümayəndə heyəti İrana səfər edəcək".

Son xəbərlər

Orphus sistemi