İtaliya Azərbaycanın ixrac etdiyi neftin 46 %-dən çoxunu almaqla ötən il liderliyini qoruyub
- 22 yanvar, 2025
- 12:55
Ötən il Azərbaycandan İtaliyaya 10 milyon 950 min 355,57 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 6 milyard 754 milyon 416,21 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü illə müqayisədə 1,5 %, dəyəri isə 4,55 % azdır.
İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 46,4 % olub.
Gömrük bəyannamələrinə əsasən, 2024-cü ildə Azərbaycan 14 milyard 437 milyon 355,99 min ABŞ dolları dəyərində 23 milyon 596 min 132,23 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat ilində Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb.