İndiyədək TAP ilə 53 milyard kubmetrə yaxın təbii qaz nəql edilib

Energetika
  • 15 noyabr, 2025
  • 11:09
İndiyədək TAP ilə 53 milyard kubmetrə yaxın təbii qaz nəql edilib

İstismara verildiyi tarixdən indiyədək Trans-Adratik Qaz Boru Kəməri (TAP) ilə təxminən 52,7 milyard kubmetr təbii qaz nəql edilib.

Bu barədə "Report" Energetika Nazirliyinə istinadən xəbər verir.

Cənub Qaz Dəhlizi|nin mühüm mərhələlərindən biri olan TAP ölkəmizin enerji sahəsindəki etibarlı tərəfdaşlıq mövqeyini daha da gücləndirir. Eyni zamanda, regionda #enerjitəhlükəsizliyi|nin təmin olunmasına mühüm töhfə verir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin (TAP) istismara verilməsindən 5 il ötür.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə başlayıb.

TAP-ın ümumi uzunluğu 878 km-dir. Bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan və Avropa İttifaqı arasında əldə olunmuş razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya tədarük həcmi ildə minimum 20 milyard kubmetrə çatmalıdır. TAP-ın genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti