“Saudi Aramco” şirkəti “göy hidrogen”ə tələbatın 2030-cu ildən sonra artacağı qənaətindədir.
“Report” xəbər verir ki, şirkətin texniki direktoru Əhməd əl Xovayter “Bloomberg TV”yə açıqlamasında “göy hidrogen”ə sərmayənin neft-qaz layihələrə qoyulan vəsaitlərlə nisbətən az olduğunu, bunlara əhəmiyyətli tələbatın olmadığını deyib.
“Bu sərmayəni göy ammoniak və s. aşağı karbonlu hidrogen növlərinə tələbat yaranacağı zaman görəcəyik. Həmin artım 2030-cu ilədək baş verməz. Yəni göy ammoniakın 2030-cu ildən əvvəl iri həcmini görməyəcəyik. Həm Hidrogen Şurasının, həm də Beynəlxalq Enerji Agentliyinin (İEA) mülahizələri bunu göstərir”.
Ekspert bütövlükdə, ammoniak layihələrinə kapital qoyuluşundan əvvəl alış müqavilələrinin imzalandığı LPG layihələri ilə eyni üsulla tərtib olunduğunu bildirib: “Sırf alış müqavilələri imzaladığınız andan məhsula və dönüşüm ehtiyaclarına yatırım üçün 5-6 illik kapital dövriyyəsi barədə söhbət açacaqsınız”.
Bununla yanaşı, “yaşıl hidrogen”lə bağlı gələcəkdə hadisələri izləyəcəklərini qeyd edən “Aramco” nümayəndəsi məsulun “göy” və “yaşıl” hidrogenlə bağlı inkişaf prosesləri arasındakı sinerjinin araşdırıldığını bildirib.
Onun sözlərinə görə, göy amoniak istehsalı hazırda “yaşıl hidrogen” layihələrinin beşdə biri qiymətinə, habelə CCS (karbon qazını tutaraq anbara vurma) şərtilə LNG layihələrilə eyni qiymətə başa gəlir. Hərçənd CCS-in hər milyon ton amoniak üçün 1 milyard dollar təşkil edəcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, İEA-nın yol xəritəsinə əsasən, 2050-ci ilədək karbon qazı tullantılarını sıfırlamaq üçün illin 520 milyon tonadək “göy” və “yaşıl” hidrogenə ehtiyac olacaq. Halbuki 2020-ci ildə daha çox yeraltı yanacaqdan 90 milyon tona yaxın hidrogen istehsal olunub.