“Equinor” və “Shell” Britaniyanın ən böyük müstəqil neft-qaz şirkətini yaradır

“Equinor” və “Shell” Britaniyanın ən böyük müstəqil neft-qaz şirkətini yaradır Norveçin “Equinor ASA” şirkətinin törəməsi olan “Equinor UK” və İngiltərənin “Shell” şirkətinin törəməsi olan “Shell UK” Böyük Britaniyadakı neft və qaz aktivlərini birgə müəssisədə birləşdirəcək və bu ölkənin ən böyük müstəqil neft-qaz şirkətini yaradaca
Energetika
5 Dekabr , 2024 15:07
“Equinor” və “Shell” Britaniyanın ən böyük müstəqil neft-qaz şirkətini yaradır

Norveçin “Equinor ASA” şirkətinin törəməsi olan “Equinor UK” və İngiltərənin “Shell” şirkətinin törəməsi olan “Shell UK” Böyük Britaniyadakı neft və qaz aktivlərini birgə müəssisədə birləşdirəcək və bu ölkənin ən böyük müstəqil neft-qaz şirkətini yaradacaq.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şirkətlərin birgə press-relizində bildirilib.

“Equinor” və “Shell” paritet əsasda (hər biri 50 %) yeni şirkətə sahib olacaqlar. Əməliyyatın lazımi icazələrin alınması şərti ilə 2025-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

Birgə müəssisə qalıq yanacaq istehsalını dəstəkləmək və Böyük Britaniyaya enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Şotlandiyanın Aberdin şəhərində yaradılacaq.

Birgə müəssisə “Equinor”un “Mariner”, “Rosebank” və “Buzzard” yataqlarındakı paylarını, həmçinin “Shell”in “Shearwater”, “Penguins”, “Gannet”, “Nelson”, “Pierce”, “Jackdaw”, “Victory”, “Clair” və “Schiehallion” yataqlarındakı paylarını özündə cəmləşdirəcək. Bir sıra kəşfiyyat lisenziyaları da sövdələşmənin bir hissəsi olacaq. 2025-ci ildə birgə müəssisənin gündə 140 min bareldən çox neft ekvivalenti hasil edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi