ABŞ neftinin qiyməti mənfiyə düşüb - FOTO - YENİLƏNİB

ABŞ neftinin qiyməti mənfiyə düşüb - FOTO - YENİLƏNİB ​Dünya bazarında ABŞ nefti havayı satılır
Energetika
20 Aprel , 2020 22:44
ABŞ neftinin qiyməti mənfiyə düşüb  - FOTO - YENİLƏNİB

Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb. 

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 22:35-ə olan məlumata görə, bu markalı neftin bir barelinin qiyməti -13,98 ABŞ dollarına enib.

Neftin qiyməti tarixdə ilk dəfə olaraq mənfiyə düşüb. ABŞ neftinin bu həddə ucuzlaşmasının səbəbi anbarların dolması və şirkətlərin artıq həcmləri saxlaya bilməməsidir.


*** 22:29

Dünya bazarında Birləşmiş Ştatların nefti olan Qərbi Texas neftinin (WTI - West Texas Intermediate) bir barelinin qiyməti 1 ABŞ sentinə düşüb. 

“Report” xəbər verir ki, ümumilikdə son saatlarda 99% geriləyib.

“Brent” markalı neft isə 8%-dək geriləyərək, 26 ABŞ dolları/barelə düşüb. Qeyd edək ki, bu, son 21 ilin ən aşağı göstəricisidir.

Son xəbərlər

Orphus sistemi