BVF 2021 və 2022-ci illər üçün orta neft qiymətləri üzrə proqnozlarını yüksəldib

BVF 2021 və 2022-ci illər üçün orta neft qiymətləri üzrə proqnozlarını yüksəldib Beynəlxalq Valyuta Fondu (BVF) cari il üçün orta neft qiymətləri proqnozunu 0,98 ABŞ dolları yüksəldərək 1 barel üçün 65,68 ABŞ dolları səviyyəsində müəyyən edib. 2022-ci il üçün orta neft qiymətləri üzrə proqnoz da 1,5 ABŞ dolları yüksəldilib və 64,5 ABŞ
Energetika
12 Oktyabr , 2021 18:19
BVF 2021 və 2022-ci illər üçün orta neft qiymətləri üzrə proqnozlarını yüksəldib

Beynəlxalq Valyuta Fondu (BVF) cari il üçün orta neft qiymətləri proqnozunu 0,98 ABŞ dolları yüksəldərək 1 barel üçün 65,68 ABŞ dolları səviyyəsində müəyyən edib. 2022-ci il üçün orta neft qiymətləri üzrə proqnoz da 1,5 ABŞ dolları yüksəldilib və 64,5 ABŞ dolları səviyyəsində müəyyən edilib.

“Report” xəbər verir ki, bu barədə “World Economic Outlook” (WEO) fondunun oktyabr ayı üzrə hesabatında deyilir.

BVF-nin qiymətləndirməsinə əsasən, 2020-ci ildə neftin bir barel üçün orta qiyməti 41,29 ABŞ dolları təşkil edib. İyul ayında fond 2021-ci ildə neftin bir barel üçün qiymətinin 64,7 ABŞ dolları olacağını proqnozlaşdırmışdı.

Xatırladaq ki, bu gün “Brent” markalı neftin dekabr fyuçersləri 0,25% bahalaşaraq 83,86, WTI markalı neftin noyabr fyuçersləri də 0,22% bahalaşaraq 80,7 ABŞ dollarından satılıb. Əvvəlki hərracda isə hər iki marka 1,5% bahalaşmışdı.

Son xəbərlər

Orphus sistemi