Azərbaycanın metanol ixracı I rübdə 18 % artıb

Energetika
  • 16 aprel, 2024
  • 11:27
Azərbaycanın metanol ixracı I rübdə 18 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 117 min 481,35 ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 22 milyon 755,11 min ABŞ dolları təşkil edib.

Bu, 2023-cü illin ilk rübü ilə müqayisədə müvafiq olaraq 17,9 % və 6,04 % çoxdur.

Metanolun ölkənin qeyri-neft sektoru üzrə ixracında payı 3,38 %, ilkin formalarda metanolun ümumi ixracdakı payı isə 0,38 % təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.Ticarət dövriyyənin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti