“Brent” markalı neft ucuzlaşıb

“Brent” markalı neft ucuzlaşıb Neftin qiymətləri ucuzlaşıb.
Energetika
19 İyul , 2024 10:40
“Brent” markalı neft ucuzlaşıb

Neftin qiymətləri ucuzlaşıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, "Brent" markalı neftin sentyabr fyuçersləri Londonun ICE Futures birjasında 0,37 dollar (0,43%) ucuzlaşaraq bir barel üçün 84,74 dollar olub.

Cümə axşamı “Brent” markalı neft 0,03 dollar (0,4%) bahalaşaraq bir barel üçün 85,11 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” markalı neftin avqust fyuçerslərinin qiyməti 0,46 dollar (0,56%) ucuzlaşaraq 82,36 dollara bərabər olub. Əvvəlki sessiyada müqavilə bir barel üçün 0,03 dollar (0,4%) ucuzlaşaraq 82,82 dollar təşkil edib.

İqtisadi artımın zəifləməsi fonunda Çində tələbin azalması ilə bağlı əndişələr neft bazarına təzyiq göstərir. "Bloomberg" qeyd edir ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin bir gün əvvəl başa çatan üçüncü plenumu ölkə hakimiyyətinin istehlak tələbini stimullaşdırmaq və ya daşınmaz əmlak bazarında böhrandan çıxmaq üçün ciddi addımlar atmağı planlaşdırdığına dair heç bir siqnal verməyib.

Son xəbərlər

Orphus sistemi