BP "D230" blokunda kəşfiyyat proqramını nəzərdən keçirəcək

Energetika
  • 04 noyabr, 2021
  • 11:20
BP D230 blokunda kəşfiyyat proqramını nəzərdən keçirəcək

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən "D230" blokunda seysmik məlumatların interpretasiyası davam edir.

Bu barədə “Report”a blokun operatoru “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Bildirilir ki, seysmik tədqiqatın interpretasiyasının nəticələri müsbət olarsa, BP kəşfiyyat proqramının növbəti fəaliyyətlərini nəzərdən keçirəcək.

Qeyd edək ki, BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimali Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.

25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 % iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 %-i isə SOCAR-a məxsus olacaq.

D230 saylı blok Azərbaycanın sahil xəttindən, təxminən, 80 km məsafədə yerləşir və təxminən, 3 222 km² ərazini əhatə edir. Suyun dərinliyi 100 m və 800 m arasında dəyişir.

Son xəbərlər

Bütün Xəbər Lenti