Bəxtiyar Aslanbəyli: "Şahdəniz-3" layihəsi üzrə ehtiyatların qiymətləndirilməsi ilin sonunadək başlana bilər"

Bəxtiyar Aslanbəyli: "Şahdəniz-3" layihəsi üzrə ehtiyatların qiymətləndirilməsi ilin sonunadək başlana bilər" "Şahdəniz" yatağında dərinsulu hissələrdə yerləşən qaz ehtiyatlarının müəyyən edilməsi və qiymətləndirilməsi üzrə kəşfiyyat işlərinə bu ilin sonunadək başlana bilər”.
Energetika
1 İyun , 2022 18:51
Bəxtiyar Aslanbəyli: Şahdəniz-3 layihəsi üzrə ehtiyatların qiymətləndirilməsi ilin sonunadək başlana bilər

"Şahdəniz" yatağında dərinsulu hissələrdə yerləşən qaz ehtiyatlarının müəyyən edilməsi və qiymətləndirilməsi üzrə kəşfiyyat işlərinə bu ilin sonunadək başlana bilər”.

“Report” xəbər verir ki, bunu “Şahdəniz” layihəsinin operatoru, Böyük Britaniyanın BP şirkətinin regional vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Xatırladaq ki, bu yataqda təbii qaz bir neçə il əvvəl qiymətləndirmə qazma işləri zamanı aşkar edilib. Amma su və layların böyük dərinliyi və qazmanın çətin geoloji şəraiti səbəbindən şirkət tam məhsuldar üfüqlər açmayıb. Sonradan bildirilib ki, bu resursların işlənilməsi layihənin inkişafının üçüncü mərhələsi ola bilər.

“Yüksək ehtimal var ki, bu ilin sonuna qədər BP “Şahdəniz” yatağının işlənməsinin üçüncü mərhələsinin bir hissəsi kimi, qiymətləndirmə quyusu qazmağa başlayacaq. Bunun üçün qazma nöqtəsi müəyyən edilməli, quyu layihəsi hazırlanmalı və onun texniki parametrləri müəyyən edilməli, həmçinin qazma qurğusu seçilməlidir”, - deyə B.Aslanbəyli bildirib.

Qeyd edək ki, nəhəng “Şahdəniz” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda ən böyük qaz-kondensat yataqlarından biridir. Yatağın ümumi ehtiyatları 1,2 trilyon kubmetr təbii qaz və 240 milyon ton qaz kondensatı səviyyəsində qiymətləndirilir.

Yatağın işlənməsi indiyədək xarici şirkətlərin konsorsiumu tərəfindən iki mərhələdə həyata keçirilir: birincisi “Alfa” platforması, ikincisi isə “Bravo” platformasından. Bu platformalar bir-birinə körpü ilə birləşdirilir.

Bundan əvvəl SOCAR üçüncü faza çərçivəsində yataqdan ildə 15 milyard kubmetrədək qaz hasil oluna biləcəyini bildirmişdi. Bu ehtiyatların qiymətləndirilməsi üçün iki qiymətləndirmə quyusunun qazılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi