“Balkan axını” layihəsi son mərhələsinə qədəm qoydu

“Balkan axını” layihəsi son mərhələsinə qədəm qoydu Hazırda son mərhələsinə qədəm qoyan “Balkan axını” layihəsinin yerinə yetirilməsi ilə Bolqarıstan mühüm regional qaz paylaşma mərkəzinə çevrilərək təbii qaz təchizatının şaxələnməsinə zəmanət verəcək.
Energetika
293
23 Sentyabr , 2020 18:51
“Balkan axını” layihəsi son mərhələsinə qədəm qoydu
Boyko Borisov

Hazırda son mərhələsinə qədəm qoyan “Balkan axını” layihəsinin yerinə yetirilməsi ilə Bolqarıstan mühüm regional qaz paylaşma mərkəzinə çevrilərək təbii qaz təchizatının şaxələnməsinə zəmanət verəcək.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstan Baş naziri Boyko Borisov “Facebook” hesabından paylaşım edib.

Bundan əvvəl tikinti işlərini helikopter vasitəsilə havadan təftiş edən hökumət başçısını Səudiyyə Ərəbistanının enerji nazirinin müavini Abid Abdullah əl Səədoun, “Bulgartransgaz” dövlət şirkətinin rəhbəri Vladimir Malinov, enerji naziri Temenujka Petkova, habelə tikinti işlərini icra edən Səudiyyə Ərəbistanının “Arkad” şirkətinin nümayəndələri müşayiət ediblər.

“Europost” xəbər verir ki, baş nazir tikintisinə 1 400-dən artıq ağır texnikanın, 2 mindən artıq işçi qüvvəsinin cəlb edildiyi 480 km-lik boru kəmərinın əksər hissəsinin yerin altında inşa edildiyini diqqətə çatdırıb.

Yeni boru kəməri ilə Azərbaycan və Rusiya qazının, habelə maye qazın da nəql ediləcəyini dilə gətirən Bolqarıstan baş naziri Aleksandropolisdə maye qaz terminalının 20 faizinin hazır olduğunu, habelə Çirəndə qaz anbarının yaradılacağını diqqətə çatdırıb.

“Balkan axını” layihəsini iki ölkə arasında əməkdaşlıqda “çox mühüm addım” olaraq dəyərləndirən Səudiyyə enerji nazirinin müavini A.Səədoun tikinti işlərinin vaxtında başa çatması üçün lazımi dəstəyi davam etdirəcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, əslində Rusiyadan Qara dənizin dibilə Türkiyəyə qaz nəqlini həyata keçirən “Türk axını” layihəsinin bir növ davamı olan “Balkan axını” dekabr ayında tikilib başa çatmalıdır. “Türk axını”nın davamı olan kəmərlər şəbəkəsilə təbii qaz həmçinin Yunanıstan və Şimali Makedoniyaya nəql edilirsə, gələcəkdə Macarıstan və Serbiyaya də çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi