Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək Forumda bərpa olunan enerji mənbələrinə əsaslanan daha dayanıqlı bir dünyada çağırış və imkanlar nəzərdən keçiriləcək
Energetika
350
18 Sentyabr , 2020 14:07
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

Beynəlxalq Enerji Xartiyası və Azərbaycan Respublikası Energetika Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın sədrliyi ilə “Enerji istehsalı, nəqli, istilik və soyutma sahələrində bərpa olunan enerji mənbələrinə keçid: müasir çağırışlar və meyllər” mövzusunda Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək.

Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Forum 28 oktyabr 2020-ci il tarixində saat 9:00-dan 13:00-dək onlayn formatda təşkil olunacaq.

Forumda bərpa olunan enerji mənbələrinə əsaslanan daha dayanıqlı bir dünyada çağırış və imkanlar nəzərdən keçiriləcək, həmçinin bütün dünyada enerji sektorunun gələcəyini müasir strategiya, layihə və texnologiyaların necə formalaşdıracağı müzakirə ediləcək. Tədbirdə Enerji Xartiyasının iştirakçısı olan ölkələrin hökumət və beynəlxalq təşkilatlarından yüksək səviyyəli məruzəçilər, həmçinin özəl sektordan, maliyyə institutlarından, analitik mərkəzlərdən və elmi dairələrdən olan aparıcı beynəlxalq ekspertlər iştirak edəcəklər.

Forumda iştirak dəvət əsasında həyata keçirilir. Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi